Mourinyo: "Futbolçularım mənə xəyanət etdilər"

Mourinyo: "Futbolçularım mənə xəyanət etdilər"
10:12 16 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

"Artıq ilk "4-lük"də qərarlaşmağımız mümkün deyil. Futbolçularımın işimdə mənə xəyanət etdiyini hiss edirəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Lester"ə məğlubiyyətdən sonra deyib.

O, "Lester"lə oyun  üçün dörd gün dayanmadan işlədiyini bildirib: "Rəqibi yaxşı analiz etmişdim. Futbolçularım ən azı üç gün bütün tapşırıqları aldılar. Onların daxilən yaxşı insan olduqlarını bilirəm. Bir gün onlara hər şeyi doğru tapşırdığımı görəcəklər". 

Portuqaliyalı mütəxəssis həmçinin, "Çelsi"dən ayrılmaq istəmədiyini də qeyd edib: ""Çelsi"də işimi davam etdirmək istəyirəm. İnanıram ki, klubun sahibi Roman Abramoviç də qalmağımı istəyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR