​“Bank Technique”ə qarşı 326 min manatlıq iddia üzrə məhkəmə başa çatıb

10:17 16 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

“Report”un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar çıxarılıb.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il SKMF bankı məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investiya layihələrinin maliyyələşdirilməsi məqsədilə “Bank Technique” ASC-yə ayrılmış güzəştli kreditlər üzrə bank tərəfindən Fonda olan öhdəliklərinin gecikdirilməsi nəticəsində yaranmış 326 627 manat cərimə borcunun (dəbbə pulu) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib.
Qərarla razılaşmayan SKMF apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR