YUNESKO-nun mənzil-iqamətgahında Dərbəndin 2000 illiyi qeyd edilib

YUNESKO-nun mənzil-iqamətgahında Dərbəndin 2000 illiyi qeyd edilib
10:17 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ YUNESKO-nun Parisdəki qərargahında Dərbəndin 2000 illiyinə həsr olunmuş Dağıstan Günləri çərçivəsində bayram tədbiri keçirilib. Bu yubileyin qeyd edilməsi YUNESKO-nun 2015-ci il üçün rəsmi yaddaqalan günləri sırasına daxildir. "Report" xəbər verir ki, tədbirdə Respublikanın başçısı Ramazan Abdulatipov da iştirak edib.
Bayram tədbiri çərçivəsdində qonaqlara YUNESKO tərəfindən ümüdünya irsi siyahısına daxil edilmiş Dərbəndə, eləcə də gündəlik həyat, milli adət-ənənələr, respublikanın inkişaf yollarına həsr edilmiş "Mədəniyyət. İnsanlar. Dağıstan" adlı xüsusi tematik sərgi və Dağıstan incəsənət ustalarının ifasında qala-konsert nümayiş etdirilib.
Tədbir zamanı, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri də səsləndirilib.






Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/yunesko-nun-menzil-iqametgahinda-derbendin-2000-illiyi-qeyd-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR