​Rusiyada "Mi-8" helikopteri qəzaya uğrayıb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb

​Rusiyada "Mi-8" helikopteri qəzaya uğrayıb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb
10:27 16 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Kamçatkada Rusiyanın "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 6 sərnişin xəsarət alıb.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Uzaq Şərq nəqliyyat bölməsi rəhbərinin baş köməkçisi Oksana Polşakova bildirib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər həyatını itirib: "Başqa xəsarət alanlar barədə məlumatımız yoxudr. Müstəntiqlər hadisə yerinə gedib. Rusiya Cinayət Məcəlləsinin hava uçuş vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinin insan ölümü ilə nəticələnməsi maddəsi ilə cinayət işi açılıb".
Məlumata görə, dekabrın 16-dfa "Mi-8" helikopteri Kamçatka diyarının Sobolev rayonuna təbii qaz şirkətinin əməkdaşlarını aparırımş. Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə idarəsindən bildirilib ki, helikopterin göyərtəsində 22 nəfər olub.  

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyada-mi-8-helikopteri-qezaya-ugrayib-bir-nefer-olub-6-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR