Bakıda erkən nikahların qarşısının alınmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda erkən nikahların qarşısının alınmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir
10:28 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın, Əfqanıstanın, Tacikistanın, Özbəkistanın, Türkiyənin, İranın və digər dövlətlərin nümayəndələri iştirak edir.
Konfransda erkən nikahların qarşısının alınması və səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi və digər mövzularla bağlı çıxışlar edilir və müzakirələr aparılır.
Beynəlxalq praktikaya və konvensiyalara əsasən erkən nikah qanun pozuntusu kimi qiymətləndirilir. Bu zərərli təcrübə qız və qadınların zorakılıq və ayrı-seçkilikdən azad yaşamağa dair fundamental hüququnu pozur və qızların öz seçimlərini etmək və tam potensiallarına çatmaq bacarıqlarını əllərindən alır.
Konfransda “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi”, “Qızların təhsil alması və bacarıqların əldə etməsi üçün imkanların artırılması”, “Sağlamlıq haqqında məlumat və xidmətlər” mövzular üzrə sessiyalar keçiriləcək.
Konfrans çərçivəsində “Erkən nikaha YOX deyirik” adlı sosial çarxı nümayiş etdiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR