​"Azəryol" klubu CEV Kubokunda cavab görüşünə çıxacaq

​"Azəryol" klubu CEV Kubokunda cavab görüşünə çıxacaq
10:32 16 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunda növbəti görüşünü keçirəcək. "Report"un məlumatına görə, 1/8 final mərhələsinin cavab oyununda rəqib Finlandiyanın "Salo" komandası olacaq.
İlk görüş Bakı klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxtda da üstünlük "Azəryol"un tərəfində olarsa, Azərbaycan təmsilçisi 1/4 finala yüksələcək. Belə olan halda baş məşqçi Zaur Rəcəbovun komandasının rəqibi "Kukier Muşina" (Polşa) və "Nova KBM Branik" (Sloveniya) cütünün qalibi olacaq.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Oyunun hakimləri türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitski olacaq.
Qeyd edək ki, "Azəryol" mərhələ keçəcəyi təqdirdə, 1/4 finalda ilk görüşünü səfərdə keçirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/azeryol-klubu-cev-kubokunda-cavab-gorusune-cixacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR