Bakıda tələbə qız intihar etdi

Bakıda tələbə qız intihar etdi
10:42 16 Dekabr 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Orada yaşayan, 1995-ci il təvəllüdlü Xəlilli Çiçək Zakir qızı şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, Ç. Xəlilli universitet tələbəsi olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR