​Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

​Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
10:47 16 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının daha iki oyunu keçiriləcək. "Report"un məlumatına görə, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Qəbələ"ni qəbul edəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilə qarşılaşma qonaqlar üçün daha böyük əhəmiyyət kəsb edir. Samir Abasovun komandası qələbə qazanacağı təqdirdə, xallarını 19-a yüksəldərək, 7-ci pilləyə yüksələ bilər. "Qarabağ" isə artıq qış çempionluğunu təmin edib. Üstəlik, turnir cədvəlinin vahid lideri ən yaxın qonşusu "İnter" və "Qəbələ"ni 9 xal qabaqlayıb. 
Cütlüyün əvvəlki qarşılaşmalarında "Qarabağ" üstünlüyə malikdir. Bugünədək keçirilmiş 13 oyunun 1-də heç-heçə qeydə alınıb, 8-də "Qarabağ", 3-də isə "Sumqayıt" qalib gəlib. 2014-cü ilin avqustunda Sumqayıtda keçirilmiş oyunda isə baş məşqçi Qurban Qurbanov legioner limitini pozduğu üçün meydan sahiblərinə texniki qələbə verilib. "Qarabağ" son 4 qarşılaşmadan üçündə qalib gəlib və ardıcıl 5 ev oyununda qələbə qazanıb. "Sumqayıt" isə son 3 səfər görüşündə rəqib qapısına yol tapa bilməyib. "Qarabağ" bu mövsüm Premyer Liqada ilk məğlubiyyətini məhz "Sumqayıt"dan alıb - 1:0. 
"Zirə" və "Qəbələ" komandalarının görüşü isə mövqe baxımından hər iki komanda üçün önəmlidir. Adil Şükürovun rəhbərlik etdiyi komanda qalib gələrsə, xal ehtiyatını 29-a çatdıracaq və turnir cədvəlində ikinci pilləyə yüksələcək. Qəbələnin eyniadlı təmsilçisi də qış fasiləsinə daha yaxşı pillədə yüksəlmək üçün qələbə qazanmalıdır. "Qırmızı-qaralar" Zirədən qalib ayrılsa, xallarını 30-a çatdıracaq və ikinci pilləyə qayıdacaq. Bu görüş həm də hər iki komanda üçün ilklə yadda qalacaq. Komandalar birinci dəfə "Zirə"nin meydanında üz-üzə gələcək. Bu matçda rəqiblərin duellərindəki ilk qol vurula bilər. Oktyabrda Qəbələdə keçirilmiş ilk görüşü qolsuz yekunlaşıb. 
Premyer Liqa, XVII tur
16:30. "Qarabağ" (Ağdam) - "Sumqayıt"
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
18:30. "Zirə" (Bakı, - "Qəbələ"
Bakı, Zirə İdman Kompleksinin stadionu
Turun digər oyunları isə sabah keçiriləcək. Son oyun günündə "Xəzər Lənkəran" Gəncənin "Kəpəz" klubunu, "Neftçi" isə AZAL-ı qəbul edəcək.
Qeyd edək ki, turun açılış oyununda "Rəvan" doğma meydanda "İnter"ə 0:2 hesabı ilə məğlub olub.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-premyer-liqasinda-daha-iki-oyun-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR