Tovuz sakini bağında 200-dən çox gül növü yetişdirib

Tovuz sakini bağında 200-dən çox gül növü yetişdirib
10:48 16 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 16 dekabr, AZƏRTAC
Tovuz sakini bağında 200-dən çox gül növü yetişdirib. Ona yaxın xarici ölkədən gətirilən müxtəlif növ güllər və ağaclar bağa xüsusi yaraşıq verir. Bağın sahibi, 65 yaşlı bağban Şahin Kazımov Tovuzun Alakol kəndində yaşayır. O, 45 ildir bu işlə məşğuldur.
Şahin Kazımov AZƏRTAC-a bildirib ki, bağda palma, qardina, aquba, azaliya, eləcə də yerli gül və ağac növləri əkilib. Dekorativ ağac və güllərin becərilməsinin xüsusi diqqət və zəhmət tələb etdiyini deyən bağban qeyd edib ki, gül növlərini toxumlar vasitəsilə əldə edir. Əvvəl toxumları dibçəklərdə bəsləyir. Sonra isə açıq sahələrə köçürür.
Daha çox İtaliyadan gətirilən güllərdən toxum götürən Tovuz sakini tingləri sataraq gəlir də əldə edir. O, ən ucuz tingi 2, ən bahalısını isə 800-1000 manata satdığını deyir. Müxtəlif güllərin tinglərini satmaqla ailəsinin dolanışığını təmin edən bağban bitkilərdən həm də mənəvi qida aldığını söyləyir. Tovuzlu bağban gülüstana çevirdiyi bağını daha da genişləndirmək əzmindədir.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR