Nadirin adına saxta profil açıb, elə şeylər paylaşdılar ki...

Nadirin adına saxta profil açıb, elə şeylər paylaşdılar ki...
11:12 16 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

"Feysbukda müğənni Nadir Qafarzadənin adından açılan şəxsi profilin müğənni ilə heç bir əlaqəsi yoxdur. Nadir Qafarzadə sosial şəbəkələrdən uzaq biridir". 

Milli.Az big.az-a istinadən xəbər verir ki, bunu Nadir Qafarzadənin prodüseri Ruslan Əliyev açıqlamasında bildirib:

"Həmin profildə nə yazdıqlarından heç Nadir Qafarzadənin xəbəri də yoxdur. Həmin profili kimin açdığını bilmirik".

Müğənninin köməkçisi özünün belə feysbukda şəxsi hesabının olmadığını qeyd edib.

Qeyd edək ki, son günlər feysbukda müğənni Nadir Qafarzadənin adına şəxsi profil açılıb. Müğənninin gündəlik fəaliyyətinə dair statuslar, həyat yoldaşı ilə birgə çəkilən fotoları paylaşılır və oxucuların diqqətini cəlb edir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR