"Günəşli"də yanğının söndürülməsi üçün gəmilərdə yeni avadanlıqlar quraşdırılıb

"Günəşli"də yanğının söndürülməsi üçün gəmilərdə yeni avadanlıqlar quraşdırılıb
11:17 16 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq itkin düşmüş neftçilərin axtarışlarına hətta dalğıclar da cəlb edilib. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən "B-200ÇS" təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri də iştirak edir.

Platformada yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Yanğının söndürülməsində hazırda 6 gəmi iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün "Boots&Coots" şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda "Boots&Coots"un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür. Qərargahdan "Boots&Coots"un artıq bu gün yanğının söndürülməsi işinə qoşulmasının mümkün ola biləcəyini deyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR