​AMEA Naxçıvan Bölməsi illik hesabat verib

​AMEA Naxçıvan Bölməsi illik hesabat verib
11:22 16 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 2015-ci il ərzindəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
"Report" xəbər verir ki, yığıncağı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
İclasda qeyd olunub ki, hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 32 elmi-tədqiqat işinin 86 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Müxtəlif obyektiv səbəblərlə əlaqədar planda nəzərdə tutulan 9 mərhələ üzrə elmi-tədqiqat işləri dayandırılıb, 77 mərhələ üzrə tədqiqatlar tamamlanıb.
Elmi-tədqiqat işləri 19 şöbə və 8 laboratoriyada 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 4 nəfər elmlər doktoru, 48 nəfər fəlsəfə doktoru, 7 nəfər doktorant, 2 nəfər dissertant, 8 nəfər elmi işçi olmaqla, 77 elmi işçi və köməkçi heyət tərəfindən yerinə yetirilib.
Bundan başqa, 2015-ci ildə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 13 monoqrafiya, 5 kitab, 2 metodik vəsait, 523 elmi məqalə və konfrans materialı, 28 tezisi olmaqla, 571 elmi əsəri nəşr edilib. Əsərlərdən 1 monoqrafiya, 155 elmi məqalə və konfrans materialı, 2 tezis olmaqla, 158 əsər xaricdə çapdan çıxıb. Elmi əsərlərdən 24-ü impakt faktorlu jurnallarda nəşr olunub. Hesabat ilində “Xəbərlər” jurnalının 4 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə bölmə əməkdaşlarının 110 məqaləsi işıq üzü görüb. Bu il bölmədə bir elmi işçiyə düşən əsər sayı 7,5 olub.
Bildirilib ki, AMEA Naxçıvan Bölməsində ştat cədvəli üzrə 2015-ci ildə 244 nəfər əməkdaş çalışıb. Hesabat dövründə 17 nəfər (1 elmi işçi, 3 laborant, 13 texniki işçi) yeni işə götürülüb. Bölmədə əməkdaşların 77 nəfəri elmi işçi, 9 nəfəri isə laborant olaraq fəaliyyət göstərir.
Hazırda bölmədə 24 nəfər doktorant (13 fəlsəfə doktoru hazırlığı üzrə, 11 elmlər doktoru hazırlığı üzrə), 31 nəfər dissertant müvafiq dissertasiyalar üzrə tədqiqatlarını davam etdirirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/amea-naxcivan-bolmesi-illik-hesabat-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR