Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın biznes forumu keçirilib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın biznes forumu keçirilib
11:23 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 4-cü iclası və biznes forum keçirilib.

Dekabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Müştərək Komissiyanın həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərliyi ilə hər iki tərəfdən aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mehriban dostluq və qarşılıqlı maraq prinsiplərinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd etmişdir.

Bildirilmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər əlaqələrimizin inkişafında dönüş nöqtəsi olmuş və qarşılıqlı əməkdaşlığın təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfəri və Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Səudla, eləcə də digər dövlət rəsmiləri ilə görüşləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir və işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanı dövlətinin bu mövqeyini yüksək qiymətləndirir.

Ərəbistan - 2 Müştərək Komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında rolunu qeyd edən nazir Şahin Mustafayev Komissiyanın 3-cü iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu müddətdə hüquq-müqavilə bazasının genişləndirilməsi məqsədi ilə vergitutma, hava əlaqəsi, media qurumları arasında əlaqələrin inkişafına dair sənədlər, həmçinin "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması və genişləndirilməsi"nə dair Kredit Sazişi imzalanmışdır. Hazırda ədliyyə, gömrük işi, baytarlıq, fitosanitariya, mədəniyyət və s. sahələrdə əməkdaşlıq haqqında sənəd layihələri üzrə danışıqlar davam etdirilir.

Ümumiyyətlə, indiyədək Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 20-ə yaxın sənəd imzalanıb. Səudiyyə şirkətləri Azərbaycanda ticarət, sənaye, xidmət, bank və sığorta sahələrində uğurla fəaliyyət göstərirlər. Səudiyyə Ərəbistanın dövlət və özəl qurumları tərəfindən Azərbaycan iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Səudiyyə İnkişaf Fondu Azərbaycanda bir sıra infrastruktur layihələrində iştirak edir.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün geniş imkanların olduğunu qeyd edən Şahin Mustafayev işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin, o cümlədən ötən gün keçirilən Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumunun və Azərbaycan məhsullarının sərgisinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında, birgə layihələrin həyata keçirilməsində faydalı olacağını bildirmişdir. Bundan başqa, alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahədə yüksək texnologiyalar parklarının yaradılması ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi həyata keçirilir. Bankçılıq və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar vardır.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Cənubi Qafqaz iqtisadiyyatının 70%-nə malik olan Azərbaycan son illər tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirmişdir və Səudiyyə Ərəbistanı yük daşımalarında Azərbaycanın tranzit imkanlarından, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizindən istifadə edilə bilər.

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Müştərək Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osman çıxışında ölkələrimizi ümumi dəyərlərin və qədim tarixin birləşdirdiyini vurğulamış, Səudiyyə Ərəbistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd etmişdir. Müştərək Komissiyanın ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdıran Əbdüllətif bin Əhməd Əl-Osman iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirmiş, həmçinin Səudiyyə Ərəbistanının iqtisadiyyatı, Müştərək Komissiya çərçivəsində ölkəsi tərəfindən ötən müddətdə görülmüş işlər barədə məlumat vermişdir.

Sonda Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Müştərək Komissiyanın həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman imzalamışlar. Sənədə əsasən, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, bankçılıq, rabitə və yüksək texnologiyalar, əmək və məşğulluq, mədəniyyət və turizm, idman və gənclik, elm və təhsil, səhiyyə, hava əlaqəsi və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.

Həmin gün Səudiyyə Ərəbistanı - Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfi kənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə və konsaltinq, turizm, logistika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın, Səudiyyə Ərəbistanı isə analoji sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətlə təmsil olunmuşdur.

Biznes forum çərçivəsində ilk dəfə olaraq Azərbaycanın qida məhsullarının Səudiyyə Ərəbistanında sərgisi də təşkil edilmişdir. Sərgidə Azərbaycan şirkətlərinin 40-dan çox adda kənd təsərrüfatı və qida məhsulları nümayiş olunmuş, qonaqlara Azərbaycanın biznes və investisiya mühitinə dair bukletlər və digər çap materialları paylanmışdır.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf AİŞ-in həyata keçirdiyi layihələrə, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Zaur Məmmədov sənaye parkının fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər.

Səudiyyə Ərəbistanının nümayəndələri anoloji təqdimatlarla çıxış etmiş, təmsil etdikləri şikrkətlər, azərbaycanlı həmkarları ilə əməkdaşlıq imkanları barədə məlumat vermişlər.
Biznes forum iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə dair ikitərəfli görüşlərlə başa çatmışdır.

Səfər zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman, Səudiyyə Ərəbistanı Palatalar Şurasının sədri Abdul Rahman Əl-Zamil və Səudiyyə Ərəbistanın Əsas Sənaye Korporasiyasının Baş icraçı direktoru Yusif Abdulla Əl-Benyan ilə görüşmüşdür. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, iş adamları arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Qarabağ” – “Roma” oyununa gedənlər mütləq oxusun: POLİSDƏN XƏBƏRDARLIQ

25 Sentyabr 2017 17:24

Yaponiya erkən seçkilərə gedir

25 Sentyabr 2017 17:23

Cəlilabadda iki uşaq atası intihar edib

25 Sentyabr 2017 17:22

Dənizkənarı Milli Parkdan toplanan tullantıların həcmi açıqlanıb

25 Sentyabr 2017 17:22

Ata məktəbli qızını boğdu, sonra yandırdı

25 Sentyabr 2017 17:20

Son günlərini yaşayan "Şanxay"dan FOTOREPORTAJ - Daha burada ilanlar öpüşməyəcək

25 Sentyabr 2017 17:18

DYP “Qarabağ”-“Roma” oyunu ilə əlaqədar olaraq sürücülərə müraciət edib

25 Sentyabr 2017 17:17

"Qarabağ" - "Roma" oyununda pulsuz avtobuslar işləyəcək

25 Sentyabr 2017 17:17

Azərbaycana gətirilən qanunsuz siqaret aşkarlandı

25 Sentyabr 2017 17:14

Avtomobil qaçıran şəxs saxlanılıb

25 Sentyabr 2017 17:14

Manatın sabaha MƏZƏNNƏSİ

25 Sentyabr 2017 17:13

Sentyabrın 29-da Bakının mərkəzində YÜRÜŞ OLACAQ

25 Sentyabr 2017 17:08

“Qarabağ”–“Roma” oyununun azarkeşləri stadiona xüsusi avtobuslarla daşınacaq

25 Sentyabr 2017 17:08

"Report": Qızılın qiyməti kəskin düşəcək

25 Sentyabr 2017 17:07

PKK hücuma keçdi: 1 ölü, 5 yaralı

25 Sentyabr 2017 17:04

Çavuşoğlu: “Türkiyə hərbi əməliyyata başlayacaq”

25 Sentyabr 2017 17:03

Azərbaycanda yeni tikilən pullu yolla bağlı

25 Sentyabr 2017 17:03

Bakıda “Qarabağ”-“Roma” oyunu üçün xüsusi ekspress xətt avtobusları işləyəcək

25 Sentyabr 2017 17:02

Kərkükdə vəziyyət necədir?

25 Sentyabr 2017 17:01

İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub

25 Sentyabr 2017 16:57

Jurnalistlər "Qarabağ"dan nə gözləyir? - SORĞU

25 Sentyabr 2017 16:57

Bu həftə bürcləri nələr gözləyir?

25 Sentyabr 2017 16:55

Elektrik motorlu yeni "Road Rover" GƏLİR

25 Sentyabr 2017 16:53

Azərbaycanda gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkar olunub

25 Sentyabr 2017 16:52

Qadına məxsus maşını qaçıran şəxs tutulub

25 Sentyabr 2017 16:52

Azərbaycanda karantin əhəmiyyətli ziyanlı orqanizmlərin atlası hazırlanacaq

25 Sentyabr 2017 16:52

Erməni əsilli müğənni rusiyalı aparıcını təpiklədi

25 Sentyabr 2017 16:49

ABŞ-ın dünyanı alt-üst edən sirli siması KƏRKÜKƏ GƏLDİ - Kürdlərlə GİZLİ TOPLANTI

25 Sentyabr 2017 16:48

Ərdoğan və Putin arasında telefon söhbəti oldu

25 Sentyabr 2017 16:43

Azərbaycan və Acarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edib

25 Sentyabr 2017 16:42

Türkiyə XİN başçısı: “Türkmənlərə qarşı hənsısa müdaxilə olarsa, hərbi əməliyyata başlayacağıq”

25 Sentyabr 2017 16:42

Zakir Qaralov Rusiyada səfərdə olub

25 Sentyabr 2017 16:42

Ərdoğan və Putin referendum müzakirə etdi

25 Sentyabr 2017 16:41

Yardımlının dağ kəndində çətin vəziyyətdə yaşayan ailənin problemi HƏLL EDİLDİ - FOTO

25 Sentyabr 2017 16:38

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

25 Sentyabr 2017 16:37

Türkiyənin müdafiə naziri Bakıya gəlir

25 Sentyabr 2017 16:34

Worldcard 5 yaşında:

25 Sentyabr 2017 16:34

İndoneziyada vulkan təhlükəsi: Bu dəfə 50 min insan...

25 Sentyabr 2017 16:33

Yeni mərhələ: müharibə başlaya bilərmi?

25 Sentyabr 2017 16:29

Tanınmış jurnalist çətin durumda

25 Sentyabr 2017 16:29

İlkin tibbi yardım zamanı istifadə edilən yanlış üsullar - FOTOLAR

25 Sentyabr 2017 16:23

Cəbhə bölgəsində yerləşən hərbi hissədə bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib

25 Sentyabr 2017 16:22

Yevlaxda qəbirstanlıq oğruları tutldu

25 Sentyabr 2017 16:19

Daha bir xanım müğənnimiz BUNU ETDİ - VİDEO

25 Sentyabr 2017 16:18

Azərbaycanın sığorta bazarında yenidən artım başlayıb

25 Sentyabr 2017 16:17

55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO

25 Sentyabr 2017 16:13

Avtovağzalda parkinqin neçə dəqiqəsi pulsuzdur?

25 Sentyabr 2017 16:09

"Qarabağ"ın rəqibi: "Qrupun favoriti bizik"

25 Sentyabr 2017 16:07

Səfir: "Beynəlxalq maliyyə qurumları Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir"

25 Sentyabr 2017 16:07

Avroliqanın finalı üçün pul ödəyəcəyik - BİABIRÇILIQ

25 Sentyabr 2017 16:07