Azərbaycanda tanınmış qəzet rəsmən ləğv olundu

Azərbaycanda tanınmış qəzet rəsmən ləğv olundu
11:51 16 Dekabr 2015
21 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.
 
Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.
 
Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR