Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında keçiriləcək görüşün məkanları təklif edilib

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında keçiriləcək görüşün məkanları təklif edilib
11:52 16 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün Qarabağda, Avropada və ya Gürcüstanda keçirilməsi təklif olunub. Bunu Dailykarabakh-a açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, icmaların görüşməsi istiqamətində işlər davam etdirilir: "Amma hələ ki ciddi yenilik yoxdur. Ermənistanın siyasi rəhbərliyi həmişə olduğu kimi maneçilik törədir. Görüşün baş tutmasına ümid edirik. Biz onları konstruktiv mövqeyə dəvət etmək istiqamətində işimizi davam etdiririk".

R.Rzayev deyib ki, görüşün hansı ərazidə baş tutumasının fərqi yoxdur: "Harada istəyirlər, biz görüşməyə hazırıq. Ermənistan tərəfdən də görüşmək istəyən adamlar var, amma Sarkisyan rejiminə yaxın olan insanlar görüşün əleyhinə çıxış edirlər. Çünki onlarda belə bir mövqe var ki, icmalar görüşsə, sadə vətəndaşlar bir-birləri ilə ünsiyyəti daha tez qura biləcəklər. Rusiyada yaşayan ermənilər də bu görüşə maneçilik törədirlər". 

Qeyd edək ki, Dağlıq Qarabağın erməni icmasının qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddətdir Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş baş tutmur.

Xatırladaq ki, azərbaycanlı icma üzvləri 2007 və 2009-cu illərdə Dağlıq Qarabağda olublar və erməni icma üzvləri ilə görüşlər keçiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR