Avtomobillər toqquşdu, sərnişin öldü

Avtomobillər toqquşdu, sərnişin öldü
11:56 16 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində maşında olan sərnişin dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə şəhər sakini, 1992-ci il təvəllüdlü Ülvi Novruz oğlu Məmmədlinin idarə etdiyi, 90- GR- 987 dövlət nömrə nişanlı, "VAZ 21-07" markalı avtomobillə Səməd Vurğun küçəsi 96 ünvanında hərəkətdə olan, 1989-cu il təvəllüdlü Ayxan Elxan oğlu Nəsirovun idarə etdiyi, 99- AC- 578 dövlət-nömrə nişanlı "Az-Samand" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü və "Az-Samand" markalı avtomobildə olan 1991-ci il təvəllüdlü, Araz Zaur oğlu Quluzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində şəxsiyyəti istintaqla müəyyən edilməyən 30-35 yaşlarında kişi isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İki gün əvvəl də Bakıda qəza baş verib. Beynəlxalq hava limanına gedən yolda "Şevrolet", "Nissan", "Opel" və "Fiat Dobla" markalı 4 avtomobilin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlərdən 2 nəfər ağır bədən xəsarətləri alıb. Onlar vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdiriliblər. Baş vermiş qəza ilə bağlı Heydər Əliyev prospekintindən hava limanı istiqamətinə də olan yolda tıxac yaranıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR