Bəhmən Həsənov: "Əgər əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı"

"Rəvan" - "İnter" oyunundan sonra ev sahiblərinin baş məşqçisi Bəhmən Həsənovun mətbuat konfransı keçirilib.

Həsənov matçın 2:2 hesabı ilə bitməli olduğunu vurğulayıb:

"Oyunun ədalətli nəticəsi 2-2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda “İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur. Əgər əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR