Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı strategiyanın əsas hədəfləri açıqlanıb

11:57 16 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

O bildirib ki, 12 illik təhsilin ilkin standartlarının layihəsi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub: "Hazırda fənnlərin inteqrasiyası barədə müzakirələr aparılır. Bir faktı da qeyd edim ki, bu gün Azərbaycanda tədris olunan fənnlərin sayı qabaqcıl ölkələrlə müqayisədə kifayət qədər çoxdur. İnteqrasiya təhsilin inkişafında qaçılmaz yoldur. Ona görə də biz də bu istiqamətdə addımlamalıyıq".
İnstitut direktoru, həmçinin 12 illik təhsillə bağlı strategiyada nəzərdə tutulan əsas hədəfləri də açıqlayıb: "Əsas məsələlərə təhsilin məzmununun dəyişdirilməsi, yeni keyfiyyətdə təhsil verənlərin hazırlanması, idarəetmənin fərqli olması, təhsilin maliyyələşdirilməsi daxildir. Bu gün təhsildə müşahidələr və dayaz təhlillərlə proqnozlar vermək, eləcə də hər hansı strategiya müəyyənləşdirmək mümkün deyil. Bu səbəbdən də strategiyada əsas uğur açarı müəllimlərin keyfiyyət məsələsidir. Əgər müəllimlər Təhsil Nazirliyinin təhsil siyasətini dərk etməyəcəksə, biz bu strategiyanı uğurla gerçəkləşdirə bilməyəcəyik. Bu da öz növbəsində müəyyən problemlərə səbəb olacaq".

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycanda-12-illik-tehsile-kecidle-bagli-strategiyanin-esas-hedefleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR