Azərbaycan millisinin Qranatkin turnirindəki rəqibləri müəyyənləşib

Azərbaycan millisinin Qranatkin turnirindəki rəqibləri müəyyənləşib
11:57 16 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçiriləcək yeniyetmələr arasında XXVIII beynəlxalq futbol turnirinin püşkü atılıb. "Report"un Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 yaşadək futbolçulardan ibarət 14 komanda 3 qrupa bölünüb.
Azərbaycan millisi C qrupunda Sloveniya, Latviya və Bolqarıstana rəqib olub. Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya və Litva A qrupuna, Finlandiya, Qazaxıstan, Estoniya, Moldova və Rusiya B qrupuna düşüb.
Qeyd edək ki, oyunların təqvimi yaxın günlərdə müəyyənləşəcək. Yarışda Azərbaycanı Təbriz Həsənovun rəhbərlik etdiyi U-17 yığması təmsil edəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-millisinin-qranatkin-tirnirindeki-reqibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR