Zidana Türkiyədən sürpriz təklif

Zidana Türkiyədən sürpriz təklif
12:05 16 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın ikinci komandası olan "Kastilya"nı çalışdıran Zinəddin Zidan Türkiyəyə köçə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fransız mütəxəssis "Antalyaspor"dan rəsmi təklif alıb.

Yusuf Şimşəklə yollarını ayırıb komandanı müvəqqəti olaraq hücumçusu Samuel Eto'O-ya tapşıran Antalya klubu ikinci dövrədən etibarən Zidanı klubun sükanı arxasına gətirmək niyyətindədir. Hazır olmadığını bildirərək "Real"a keçməkdən imtina edən "Zizu" Superliqa klubunun təklifinə "yox" cavabını verməyib və düşünmək üçün vaxt istəyib.
 
"Antalyaspor" həmçinin digər əfsanəvi futbolçu Klarens Zedorfla da danışıqlara başlayıb. Əgər Zidanla ortaq məxrəcə gəlmək mümkün olmasa, o zaman antalyalılar hollandiyalı mütəxəssisi gətirməyə çalışacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR