Gənclərin sağlam həyat tərzi üçün növbəti addım - FOTO

Gənclərin sağlam həyat tərzi üçün növbəti addım - FOTO
12:12 16 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün prezident İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində ölkəmiz böyük yarışlara ev sahibliyi edir".

Milli.Az xəbər verir ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bunu bu gün Xətai rayonunda yeni İdman mərkəzinin açılışı zamanı bildirib.

Komitə sədri qeyd edib ki, idmanın istənilən sahəsində Azərbaycan dünya ölkələri sırasında öz layiqli yerini tutub: "Təkcə cari ildə ölkəmizdə keçirilən Avropa oyunlarını və gələn il təşkil ediləcək  Formula - 1 yarışlarını qeyd etmək kifayətdir ki, Azərbaycanın dünya idmanında tutduğu mövqeyi görmək olsun".
 

F.Muradov açılışı olan Xətai İdman Mərkəzinin yeni kompleksinin rayonda yaşayan gənclərin inkişafına xidmət etdiyini vurğulayıb: "Bu gün gənclərimizin həm sağlam həyat tərzi, həmçinin də asudə vaxtlarını səmərəli istifadə etmək üçün bu cür mərkəzlərin yaradılması təqdirəlayiqdir. Düşünürəm ki, gələcəkdə bu işlər davam etdiriləcəkdir".
 

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev belə idman mərkəzlərinin sayının artırılmasının vacibliyinə toxunublar. Bildirilib ki, Azərbaycanın bayrağının idman sahəsində ucaldılmasının mənbəyi də məhz bu cür yerlərin yaradılması və gənclərimizin idmana olan marağının artırılmasından irəli gəlir.
 

İlkin İzzət
Milli.Az

 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR