Rusiyalı deputat Mərkəzi Banka deşikli rubl buraxmağı təklif edib

Rusiyalı deputat Mərkəzi Banka deşikli rubl buraxmağı təklif edib
12:17 16 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Dövlət Dumasının konstitusiya qanunvericiliyi və dövlət quruculuğu üzrə komitəsinin sədr müavini Vadim Solovyov Rusiya Mərkəzi Bankına maraqlı təklif irəli sürüb.
"Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, rusiyalı deputat Mərkəzi Banka yazdığı məktubda qənaətçiliyə görə 1, 2, 5 və 10 rublluq dəmir sikkələrin kəsimi zamanı ortada deşik açılmasını və qəpiklərin buraxılmasının ümumiyyətlə, dayandırılmasını təklif edib.
Solovyovun fikrincə, dəmir pul üzərində deşik metala qənaət etməyə imkan verəcək.
Deputat vurğulayıb ki, artıq Danimarka və Norveçdə belə dəmir pullar buraxılır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyali-deputat-merkezi-banka-desikli-rubl-buraxmagi-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR