Prokuror Rauf Mirqədirova cəza istədi

Prokuror Rauf Mirqədirova cəza istədi
12:22 16 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib. İclasda dövlət ittihamçısı çıxış edərək R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs - qəti шmkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs - qəti шmkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR