Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin yüksək səviyyəli görüşündə iştirak edir

Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin yüksək səviyyəli görüşündə iştirak edir
12:23 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Cenevrə, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Müdafiənin Vəzifələri üzrə Dialoqunun “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşü işə başlayıb.
Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev təmsil edir.
2007-ci ildə təsis olunan Dialoqun məqsədi BMT QAK, ölkələr və digər tərəfdaşların qlobal müdafiə məsələlərinə dair müzakirələrini təşkil etməkdir. Plenar sessiyalar, müzakirələr və digər formatlı tədbirlərin nəticələri Ali Komissarlıq tərəfindən ümumiləşdirilir və gələcək fəaliyyət üçün tövsiyələr şəklində təqdim olunur.
Yüksək səviyyəli görüş dekabrın 17-də başa çatacaq.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_numayende_heyeti_Cenevrede_BMT_nin_yuksek_seviyyeli_gorusunde_istirak_edir-911632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR