Azərbaycan Sloveniyaya rəqib oldu

Azərbaycan Sloveniyaya rəqib oldu
12:27 16 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnir təşkil olunacaq.

 

Fanat.az xəbər verir ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması turnirdə iştirak edəcək. Komandamız C qrupunda mübarizə aparacaq.

 

A qrupu: Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva

B qrupu: Finlandiya, Qazaxıstan, Estoniya, Moldova, Rusiya

C qrupu: Sloveniya, Azərbaycan, Latviya, Bolqarıstan

 

Oyunlar Sankt-Peterburq şəhərindəki “Peterburqski” İdman-Konsert Kompleksində və “Zenit” İdman Oyunları Sarayında keçiriləcək.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR