Türkiyə millisinə Azərbaycandan oyunçu çağırıldı

Türkiyə millisinə Azərbaycandan oyunçu çağırıldı
12:27 16 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçulardan ibarət Türkiyə millisinin heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşrçi Ferhat Akbaş Olimpiya Təsnifat Turniri üçün ilkin heyətə 22 voleybolçu cəlb edib.

Onların arasında Azərbaycan Super Liqasından çıхış edən oyunçu da var. Belə ki, Bakı “Lokomotiv”inin üzvü Özge Kırdar Çemberci Türkiyə millisinə dəvət alıb.

Qeyd edək ki, Olimpiya Oyunlarına lisenziya verəcək yarış Ankarada keçiriləcək. Türkiyə Almaniya, Hollandiya və Xorvatiya ilə A qrupunda yer alıb.

Naz Aydemir Akyol, Nilay Özdemir, Özge Kırdar Çemberci, Çağla Akın, Eda Erdem Dündar, Kübra Akman, Aslı Kalaç, Bahar Toksoy Quidetti, Büşra Kılıçlı, Özgenur Yurtda Gülen, Neslihan Demir Güler, Polen Uslupehlivan, Hande Baladın, Gözde Yılmaz, Neriman Özsoy, Gözde Kırdar, Güldeniz Önal, Fatma Yıldırım, Meliha İsmailoğlu, Gizem Karadayı, Gizem Örge, Merve Dalbeler.
 
Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiy-millisin-azrbaycandan-oyuncu-carld-t46176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR