Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyadakı törəməsi – “ABB-Moskva”nın İdarə Heyətinə yeni sədr təyin edilib.
ANS PRESS-in məlumatına görə, bu, Emin Əfəndiyevdir.
Yeni sədr səlahiyyətlərinin icrasına dekabrın 15-dən başlayıb. Bu təyinata qədər Emin Əfəndiyev banklarda, o cümlədən ABB və “Kapital Bank”da çalışıb.
Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən azad olunub.
Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.
R. Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.