Sabah hava yağıntılı olacaq

Sabah hava yağıntılı olacaq
12:39 16 Dekabr 2015
231 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin  bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə  4-6 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR