Mikayıl Əliyev küçəsində təmir işləri yekunlaşır

Mikayıl Əliyev küçəsində təmir işləri yekunlaşır
12:42 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Təmir işlərinin aparıldığı ərzinin uzunluğu 1 450 metr, küçənin ortalama eni isə 20 metrdir.
"Azəryolservis" ASC-dən "Report"a daxil olan xəbərə görə, M.Əliyev küçəsində vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi də həll edilib. Belə ki, təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 3 min paqon metrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örüyü yenisi ilə əvəzlənir. Bunun üçün köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə sözügedən ərazinin ikiqat olmaqla 30 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənir.
Təmir-tikinti işləri çərçivəsində M.Əliyev küçəsinin müəyyən hissələrində genişləndirmə işləri də aparılır. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik ərazidə görülür. Həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənməklə, bu addım nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi də qurulur. Bundan başqa, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/mikayil-eliyev-kucesinde-temir-tikinti-isleri-yekunlasir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR