“Fənərbağça”nın Avropa Liqası yarışlarındakı rəqibi “Lokomotiv” cəzalandırıla bilər

“Fənərbağça”nın Avropa Liqası yarışlarındakı rəqibi “Lokomotiv” cəzalandırıla bilər
12:44 16 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
“Fənərbağça” futbol klubunun UEFA Avropa Liqası yarışlarının səkkizdəbir final mərhələsindəki rəqibi “Lokomotiv” (Moskva) cəzalandırıla bilər.
AZƏRTAC xəbər verir ki, Belçikanın “FederBet” bukmeker şirkəti UEFA-ya şikayət məktubu göndərib. Buna səbəb Avropa Liqasının qrup mərhələsinin son turunda “Skenderbeu” (Albaniya) –“Lokomotiv” matçında baş verən hadisələrdir. Şirkətin iddiasına görə oyunda danışılmış qollar vurulub.
Xatırladaq ki, görüşün 2 qolu son dəqiqələrdə vurulub. Matçın 77-ci dəqiqəsində hesab 1:0 olarkən Asiya bazarında üst proqnozuna külli miqdarda pul qoyuluşu edilib. Maraqlıdır ki, hesabın 87-ci dəqiqəyədək dəyişməməsinə baxmayaraq pul qoyuluşları davam edib. Oyunun 88 və 90-cı dəqiqələrdə “Lokomitv” daha 2 qol vurub və proqnoz doğrulub.
“FederBet” şirkəti görüşün sonlarında “Skenderbeu” klubunun müdafiəsində baş verən qəribə xətaları da diqqətə çatdırıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fenerbagchanin_Avropa_Liqasi_yarislarindaki_reqibi_Lokomotiv_cezalandirila_biler-911639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR