"ABB-Moskva" Bankına yeni sədr təyin edilib

"ABB-Moskva" Bankına yeni sədr təyin edilib
12:47 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə Emin Ramiq oğlu Əfəndiyev təyin edilib.
"Report"un Bankın saytına istinadən verdiyi xəbərə görə, o, artıq vəzifəsinin icrasına başlayıb. E.Əfəndiyev indiyə qədər Azərbaycandakı ayrı-ayrı bank-maliyyə qurumlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, “ABB Moskva” 2002-ci ildə yaradılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/abb-moskva-bankina-yeni-sedr-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR