Baş Polis İdarəsinin Bakıdakı sıxlığın səbəblərini açıqlayıb

12:52 16 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Bölmə rəisi qeyd edib ki, son günlər mərkəzi küçələrdə olan sıxlıq, yeni asfalt örtüyünün dəyişdirilməsi və təmir-bərpa işləri ilə əlaqədardır: "Paytaxtın mərkəzi küçələrindən olan Z.Əliyeva, Puşkin, Xəqani, Bülbül və bu küçələrə bitişik digər küçə və prospektlərdə yeni asfalt örtüyünün çəkilişinə başlanıldığı üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Bununla əlaqədar mərkəzin digər küçələrində avtomobil sıxlığının yaranmaması üçün sürüclərdən alternativ yollardan və yaxud adı çəkilən küçələr üzrə avtomobillərin hərəkətində çətinliklər yaşandığı üçün ictimai nəqliyyatdan istifadə edilməsi tövsiyə olunur. Adı çəkilən küçələrdə nəqliyyat sıxlığının yaşanmaması eləcə də bu küçə ilə Bayıl Azneft 20-ci sahə istiqamətində hərəkət etmək istəyənlər üçün alternativ yol kimi Gənclik stansiyası ətrafı küçələr və Z.Bünyadaov , M.Müşfiq dairəsi, Badamdar qəsəbəsi yollarından istifadə edə bilərlər".

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bas-polis-i-daresinin-bakidaki-sixligin-sebeblerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR