"Facebook"un bu yeniliyi sevilməyəcək (FOTO)

"Facebook"un bu yeniliyi sevilməyəcək (FOTO)
13:01 16 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Facebook daha bir yeniliyə imza atmağa hazırlaşır. Bir azdan heç kim saxta adlarla sosial şəbəkədə qeydiyyatdan keçə bilməyəcək. Təxəllüslərdən yalnız müstəsna hallarda istifadə etməyə icazə verəcək.

ANS PRESS-in məlumatına görə, Facebook şirkəti öz siyasətində yenilik etməyə hazırlaşır.
Daha öncə bir necə dəfə şirkətə saxta adlara qadağa qoyulması ilə bağlı müraciətlər edilmişdi. Görünür Facebook rəhbərliyi gələn şikayətlərdən nəticə çıxarıb.

Şirkət çərşənbə günündən öz yeni sistemini yoxlamadan keçirməyə başlayıb. Yeni sistemə görə, istifadəçilər yalnız xüsusi hallar olduqda təxəllüslərdən istifadə edərək sosial şəbəkəyə daxil ola biləcəklər.

Facebook-un “əsl ad” siyasətinin tədbiqi ağır vəziyyətə düşən, məişət zorakılığına, təqiblərə məruz qalan, cəmiətdə təhqir edilən insanlara kömək niyyətilə tətbiq edilir.
Lakin hələlik adların doğruluğunun hansı yolla müəyyən ediləcəyi ilə bağlı məlumat verilməyib.



Kampaniya əmindir ki, öz əsl adlarını gizlətmək üçün istifadəçilərin heç bir xüsusi səbəbi yoxdur. Öz adlarından istifadə edən insanların sözü, saxta adlarla daxil olan istifadəçilərin sözündən daha çox keçərli olur.

Məlumat üçün qeyd edək ki, Facebook-un idarəetmə heyəti saxta profil istifadə etdiyi üçün, Almaniya vətəndaşının profilini bağlayaraq, onun razılığı olmadan əsl adını ilə göstərib.

“Facebook”un öz siyasətində etdiyi son dəyişiklikliklərdən biri də profil fotoları yerinə videoların tətbiqi ilə bağlıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR