Azərbaycan qılıncoynadanı ABŞ-da keçirilən Qran Pridə medal qazanıb

13:02 16 Dekabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda "Neftçi” İdman Klubunun təmsilçisi Səbinə Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə qazanıb. 1/64 finaldan yenidən mübarızəyə qoşulan Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub. Beləliklə, o, 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak imkanlarını artırıb. 
Qeyd edək ki, Səbinə Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/idman/idmancisi-abs-da-kecirilen-qilincoynatma-uzre-yarisda-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR