Məşhur futbolçunun oğlu: "Atamı şərləyiblər"

Məşhur futbolçunun oğlu: "Atamı şərləyiblər"
13:04 16 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

“Atamın saxlanılması ilə bağlı proseslərdən xəbərim var. Hər şey heç də yazıldığı kimi deyil”. Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov deyib.

 

Azərbaycanın tanınmış futbolçularından olan Maşallah Əhmədov Binəqədi polisi tərəfindən saxlanılıb. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, Əhmədov pulu ödəməyib.

 

Bu il dekabrın 14-də isə Binəqədi polisinə onunla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. Əhmədov həmçinin Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.


Məsələ ilə bağlı qısa danışan veteran futbolçunun oğlu Tərlan Əhmədov isə ittihamları qəbul etmir. O bildirib ki, atası ilə bağlı iddialar əsassızdı: “Atamı şərləyiblər, qardaş. İstintaqın gedişini gözləyirik. Hazırda başım bu işlərə qarışıb. İstintaq başa çatdıqdan sonra daha ətraflı danışmaq olar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR