"Qarabağ" məğlubiyyətdən qaçdı, "Qəbələ" "Zirə"yə uduzdu (Nəticələr)

Topaz Premyer Liqasında 17-ci tur davam edir.

Bu gün çempionatda daha 2 görüş keçiriləcək. Günün ilk matçında lider "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Qonaqlar 7-ci dəqiqədə Amil Yunanovun vurduğu qolla hesabı açıblar. İkinci hissə başlar-başlamaz "Sumqayıt" fərqi artırıb. 57-ci dəqiqədə Almeyda penaltini dəqiq yerinə yetirib və fərq 1-ə enib. Son dəqiələrdə isə Dani Kintana status-kvonu bərpa edib. Oyunda başqa qol olmayıb. "Qarabağ" "Sumqayıt"la görüşdə xal itkisi ilə üzləşib.

Bu matçın ardından isə "Zirə" - "Qəbələ" görüşü başlayıb. "Zirə" Nicat Qurbanovun vurduğu qol sayəsində qələbə qazanıb və 2-ci pilləyə qalxıb.

Topaz Premyer Liqası

17-ci tur

16 dekabr (çərşənbə)


“Qarabağ” – “Sumqayıt” - 2:2

Qollar: Riçard Almeyda, 57 (pen.), Dani, 89 - Amil Yunanov, 7, Mikayıl Rəhimov, 52

Qırmızı vərəqə: Pupon, 90+1

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Vüqar Bayramov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Rəvan Həmzəzadə

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
I dövrədəki oyun: 0:1


“Zirə” – “Qəbələ” - 1:0

Qol: Nicat Qurbanov, 24

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu

I dövrədəki oyun: 0:0


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR