​Belçika parlamentinin türk əsilli deputatı partiyadan çıxarılıb

​Belçika parlamentinin türk əsilli deputatı partiyadan çıxarılıb
13:22 16 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Belçika parlamentinin türk əsilli deputatı Mahinur Özdemir Demokratik Humanist Mərkəz Partiyası (DHMP) üzvülüyündən çıxarılıb.
"Report" xəbər verir ki, bu haqda İstanbulda çıxan erməni dilli qəzet məlumat yayıb.
Məlumata görə, 1915-ci ildə Osmanlı dövlətindəki hadisəni "soyqırım" adlandırmaqdan imtina etdiyi üçün partiyanın Etika Komissiyası Mahinur Özdəmirin təşkilatdan çıxarılması haqda qərar qəbul edib.
Qeyd edək ki, bu ilin yazında onun partiya sıralarından çıxarılması haqda qərar qəbul edilmişdi. Ancaq sonradan məsəsləyə DHMP-nin etkia komitəsi də baxıb.
Mahinur Özdəmir bildirib ki, söz və fikir azadlığı var və bu hüquqdan istifadə edib: "Mən də bu hüquqlarımdan istifadə edərək, 1915-ci il hadisələrinin "soyırımla" heç bir əlaqəsinin olmadığını demişəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR