Firudin Qurbanov: "Təhsilin keyfiyyət göstəriciləri lazım olan səviyyədə deyil"

Firudin Qurbanov: "Təhsilin keyfiyyət göstəriciləri lazım olan səviyyədə deyil"
13:32 16 Dekabr 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta məktəblərin IX-XI siniflərində keçirdiyi imtahanlar zamanı yekun nəticələrə baxdıqda gördük ki, keyfiyyət göstəriciləri bu gün üçün lazım olan səviyyədə deyil". "Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini qeyd edib ki, son zamanlar ali məktəblərə qəbul olan tələbələr arasında 200 və ondan aşağı bal toplayanların sayı çoxdur: "Baxmayaraq ki, bu il nəticələr yaxşı olub, amma yenə də, biz hələ təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilməmişik".
F.Qurbanov bildirib ki, son illər Azərbaycanda birinci siniflərə gələnlərin sayında azalma müşahidə olunurdu: "Lakin 2013-cü illə müqayisədə bu il məktəbə qədəm qoyan şagirdlərin sayı 12 faiz artıb. Ali məktəblərə bu il qəbul olan abituriyentlər arasında 500 və ondan çox bal toplayanların sayı keçən ilə nisbətən 37 faiz artıb. Bu göstərici bizi nikbin olmağa sövq edir".

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/firudin-qurbanov-tehsilin-keyfiyyet-gostericileri-lazim-olan-seviyyede-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR