AMFA-nın İdarə Heyətinin tərkibinə daha 2 bank daxil olub

AMFA-nın İdarə Heyətinin tərkibinə daha 2 bank daxil olub
13:43 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Mikromaliyyə Assosiasiyanının (AMFA) İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Bu barədə Trend AMFA-nın saytına istinadən məlumat verir.

"Rabitəbank"ın İdarə Heyətinin sədri Elçin Həmidov və "Dəmirbank"ın İdarə Heyətinin sədr müavini Azər Hümbətov AMFA-nın İdarə heyətinin yeni üzvləri olublar.

Bundan başqa, TCF Bank Olmayan Kredit Təşkilatının (BOKT) Biznesin inkişafı şöbəsinin direktoru Camid Mövsümov və "Vision Azercredit" BOKT-un İdarə Heyətinin sədr müavini Samir Cəfərli İdarə Heyətinin tərkibindən çıxarılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR