"Western Union" 4 ölkədə öz online-xidmətlərini istifadəyə verib

"Western Union" 4 ölkədə öz online-xidmətlərini istifadəyə verib
13:53 16 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Pulköçürmə sahəsində lider olan "Western Union" Şərqi Avropanın 4 ölkəsində öz online-xidmətlərini istifadəyə verib.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, Bolqarıstan, Xorvatiya, Rumıniya və Sloveniya əhalisi 200-dən çox ölkədə onlayn pulköçürmə əməliyyatları apara bilər. Ümumiyyətlə isə onlayn-tranzaksiyalarını 33 ölkənin sakinləri həyata keçirə bilərlər. Bunun üçün xidmətin veb-saytına daxil olaraq "Visa" və ya "Mastercard" kart vasitəsilə ödəmə etmək mümkündür. Ukraynalılar hələlik bu xidmətdən yararlana bilmirlər.
"Western Union" bütün dünyada onlayn-tranzaksiya şəbəkəsini genişləndirmək niyyətindədir. Şirkət, eyni zamanda, Böyük Britaniyada yeni özünəxidmət köşkləri quraşdırıb, Fransada Android və İOS ilə vəsait göndərməyə imkan verən mobil əlavəsinin təqdimatını keçirib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR