İldə 13 milyon avro qazanan futbolçu 16 minlik avtomobil sürür

İldə 13 milyon avro qazanan futbolçu 16 minlik avtomobil sürür
14:05 16 Dekabr 2015
99 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq bir hərəkəti ilə İngiltərə mətbuatının gündəmini zəbt edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 21 yaşlı forvardın sürdüyü maşın görənləri heyrətə gətirib.

Mövsümlərarası fasilədə 62,5 milyon avro müqabilində "Liverpul"dan transfer edilən Sterlinqin dünənki məşqdən sonra bazadan ayrılarkən 16 min avroluq maşın sürməsi diqqətçəkən məqam olub. İllik məvacibi 13 milyon avro olan İngiltərə millisinin üzvünün yeni avtomobili saatda maksimum 140 km sürət yığa bilir.
 
Bunu qəribə addım hesab edən ingilislər Sterlinqin qazancı ilə ala biləcəyi avtomobillərin hesablamasını aparıblar. Məlum olub ki, gənc oyunçu hazırkı qazancı ilə bu maşından ildə 780, ayda 65, həftədə 15, gündə isə 2 ədəd ala bilər.
 
Qeyd edək ki, Sterlinqin bundan əvvəlki avtomobili 170 min avroluq "Range Rover" olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR