TQDK sədri: Nardaran da 100 qızdan 10-u 11-ci sinfə çatır

14:06 16 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

"Nardaranda baş verən hadisələr onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq, onları radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, xüsusilə, analar tərəfindən dəfələrlə müraciətlər olunur ki, həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur.

“Bu gün biz nəyin şahidiyik, bir tərəfdən, Qərbdə, xüsusilə, bəzi Avropa ölkələrində insest və pedofiliyanın leqallaşdırılması məsələsi qaldırılır, digər tərəfdən isə İŞİD terrorçuları Daun sindromlu yeni doğulmuş körpələri və fiziki qüsurlu uşaqları edam edirlər.




H.Hüseynova deyib ki, Azərbaycanda bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayının artıb. Bunun qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirməyin və müvafiq bölgələr üzrə maarifləndirmə işləri aparmağın vacibliyini bildirib: ”Son iki ildə komitənin nəzdində fəaliyyət göstərən 11 regional uşaq və ailələrə dəstək mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd olunub, onlardan 17-nin qarşısı alınıb."

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də isə deyib ki, Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır. Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Qəbulun nəticələri isə fərqlidir. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd vermişdi. Qəbul olunanlar arasında qızların sayı üstünlük təşkil edir.

BMT-nin Uşaq Fondunun ölkə nümayəndəliyinin rəhbəri Andro Şilakadze qızlarını tez ərə verən valideynləri başa düşə bilmədiyini deyib. "Onlar anlamırlar ki, bununla öz övladlarını gələcək parlaq arzularından məhrum edirlər?".



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erkən nikahı bəzən islam dini ilə bağlamağa çalışıldığını deyib. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib və erkən nikahlara çağırış yoxdur.


Uşaq gəlin

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR