Daha iki rayonda silah aşkarlanıb

14:08 16 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Gədəbəydə odlu silah aşkarlanaraq götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sənədləri olmayan lüləsi kəsilmiş “TOZ-12” markalı nömrəsi silinmiş ov tüfəngi rayonun Kiçik Qaramurad kənd sakini Nadir Qarayevin evindən tapılıb.

Silah Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Başqa bir silah isə Oğuz rayonunda aşkarlanıb. Rayonun Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxas kənd sakini Habil Xudiyevdən müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR