Bakı. 16 dekabr. REPORT.AZ/ Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasının şərtlərini yerinə yetirməsi məsələsi ilə bağlı rəsmi prosedura start verildiyini açıqlayıb.
"Report"un AŞ mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, T.Yaqland öz nümayəndələrini Azərbaycana göndərəcəyini və hökumətdən bu konvensiyanın şərtlərinin yerinə yetirilməsi ilə bağlı izahat istəyəcəklərini deyib.