Azərbaycanlı qız Amerikada qılıncla medal qazandı - FOTO

Azərbaycanlı qız Amerikada qılıncla medal qazandı - FOTO
14:17 16 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

İdmançımız ABŞ-da keçirilən qılıncoynatma üzrə yarışda medal qazanıb.

Milli.Az xəbər verir ki, ABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə qran-pri yarışı keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, dekabrın 12-13-də baş tutan yarışda Azərbaycanı məşqçi Fikrət Vəliyevin yetirmələri olan sablyaçılarımız Səbinə Mikina, Sevil və Sevinc Bünyadova bacıları təmsil ediblər.

2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya xalları verən yarışda Səbinə Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə çalıb. 1/64 finaldan yenidən mübarizəyə qoşulan Səbina Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub.

Beləliklə, Səbinə Mikina 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak etmək imkanlarını artırıb. Səbinə Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının keçirdiyi Qılıncoynatma üzrə 45-ci Dünya Çempionatı 2015-ci ilin oktyabrında başlayıb və 2016-cı ildə Rio-de-Janeyroda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında yekunlaşacaq.

Pünhan
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR