"Altın Koza" Film Festivalının adı dəyişdirilir

14:22 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra "Altın Koza" Film Festivalı "Uluslararası Adana Film Festivalı" adlanacaq.
Bu barədə qərarı festivalın təşkilatçısı, Adana Böyükşəhər Bələdiyyə başqanı Hüseyn Sözlü açıqlayıb. Onun sözlərinə görə, festivalın adının dəyişdirilməsi ilə bağlı işlər görülür. H.Sözlü bildirib ki, belə qərarın qəbul edilməsi, Adana şəhərinin adının kino tarixində əbədi qalmasına, şəhərin dünyada tanıdılmasına müsbət təsir edəcək. 
Bununla da 23-cü "Altın Koza" Film Festivalı "Uluslararası Adana Film Festivalı" kimi keçiriləcək.
Festivalın adının dəyişməsi "Altın Koza" mükafatının maketinin görünüşünə təsir etməyəcək. Festivalın mükafatı kimi təqdim edilən "Altın Koza" mükafatı yenə də, eyni tərzdə qaliblərə təqdim ediləcək.
Qeyd edək ki, bir müddət əvvəl "Altın Portağal" Film Festivalının da, adı dəyişdirilərək Antalya Film Festivalı olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/altin-koza-film-festivalinin-adi-deyisdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR