Kürdəmir süd emalı zavodu 74 çeşiddə məhsul istehsal edir

Kürdəmir süd emalı zavodu 74 çeşiddə məhsul istehsal edir
14:23 16 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 16 dekabr, Adil Ağayev, AZƏRTAC
Qeyri-neft sektoruna göstərilən dövlət qayğısı, bu sahəyə verilən dəstək bölgələrdə nəinki aqrar sahənin, habelə sənayenin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Kürdəmir rayonunda fəaliyyət göstərən və regionda ən iri istehsal sahələrindən olan Kürdəmir süd emalı zavodu 74 çeşiddə heyvandarlıq məhsulları istehsal edir.
AZƏRTAC xəbər verir ki, sutkalıq istehsal gücü 100 ton olan zavod 2013-cü ildən fəaliyyət göstərir. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi bu iri sənaye obyekti Almaniya, İtaliya, İsveç və Türkiyə şirkətlərinə məxsus ən müasir texnoloji avadanlıqlarla təchiz olunub. Hazırda 138 nəfərin çalışdığı istehsal sahəsində hər il modernləşdirmə və avtomatlaşdırma üçün vəsaitlər ayrılır. Bu da məhsulların rəqabətə davamlılığına imkan verir.
Zavodda istehsal olunan məhsullar beynəlxalq keyfiyyət sertifikatı alıb. “Azərsüd” markası ilə buraxılan müxtəlif növ pendir, kərə yağı, üzlü və üzsüz qatıq, ayran, böyüklər və uşaqlar üçün ayrı-ayrı çeşidlərdə istehsal olunan süd və digər məhsullar hələlik daxili bazarlara çıxarılır.
Zavodun müdiri Serkan Qurtulmuş AZƏRTAC-ın müxbirinə bildirib ki, 2016-cı ildən ilkin olaraq pendir ixracını planlaşdırırıq. Məhsulların hələlik Yaxın Şərq ölkələrinə göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, zavodun südə olan tələbatı həm özəl təsərrüfatlar, həm də “Kürdəmir süd emalı” MMC-yə məxsusu heyvandarlıq ferması vasitəsilə ödənilir. Ferma zavoda yaxın ərazidə yerləşir. Burada Almaniyadan gətirilən və hər gün orta hesabla 22 litr süd verən 350 baş cins inək bəslənilir.
Tələbatın daha yaxşı və etibarlı təminatı üçün hazırda qonşu Ağsu rayonunun Padarqışlaq ərazisində Azərbaycanda ən böyük heyvandarlıq kompleksi inşa olunur. Burada 5000 başlıq cins inək saxlanılacaq.













Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kurdemir_sud_emali_zavodu_74_chesidde_mehsul_istehsal_edir-911678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR