SOCAR: “Günəşli”dəki 10 nömrəli dərin dəniz özülündə yanan neft quyusunun biri tamamilə söndürülüb

SOCAR: “Günəşli”dəki 10 nömrəli dərin dəniz özülündə yanan neft quyusunun biri tamamilə söndürülüb
14:28 16 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündə yanan neft quyusunun biri tamamilə söndürülüb və quyunun ağzı bağlanıb. Hazırda təxminən 3-4 quyudakı yanğının lokallaşdırılması istiqamətində işlər intensiv davam etdirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Boots&Coots” şirkətinin yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri demək olar ki, tamamlanmaq üzrədir. “Neft daşları” və “Günəşli” sahəsində itkin düşmüş ümumilikdə 26 neftçinin axtarışları isə davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR