​İranda qadın sürücülərə məxsus minlərlə avtomobil müsadirə edilib

​İranda qadın sürücülərə məxsus minlərlə avtomobil müsadirə edilib
14:37 16 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ İranda polis "ciddiliyə dəstək kampaniyası" çərçivəsində qadın sürücülərə məxsus minlərlə avtomobili müsadirə edib.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Tehran Yol Polisinin başçısı, general Teymur Hüseyni bildirib.
Onun sözlərinə görə, bu ilin martından ölkə paytaxtında polislər sükan arxasına oturan qadın sürücülərə uyğun qaydalara əməl etməmələri ilə bağlı xəbərdarlıq edib: "Bununla belə görülən tədbirlər gözlənilən nəticəni vermir".
Qeyd edək ki, İranda qadınlar avtomobili idarə edərkən də hicaba əməl etməli, saçları baş örütüyünün altından çıxmamalıdır.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR