İtkin düşən neftçilərin axtarışına dair daha bir məlumat

İtkin düşən neftçilərin axtarışına dair daha bir məlumat
14:44 16 Dekabr 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş hadisə ilə əlaqədar Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qüvvələri səfərbər edilərək axtarış-xilasetmə aktiv surətdə cəlb olunub.

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə ağır hava şəraiti və güclü qasırğa nəticəsində baş vermiş hadisə ilə əlaqədar Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin qüvvələri səfərbər edilərək axtarış-xilasetmə və hadisənin nəticələrinin aradan qaldırılmasına aktiv surətdə cəlb olunub.

Hadisə baş verdiyi andan hazırkı vaxtadək Dövlət Dəniz Administrasiyası tərəfindən müasir peyk və radio rabitə, uzaq məsafədən tanınma və izləmə, gəmilərin hərəkətinin idarə olunması sistemi vasitəsilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin hadisə baş verən əraziyə yönləndirilməsi, həyata keçirilən tədbirlərə gəmilərin cəlb olunması məqsədilə cəmiyyətin mütəxəssisləri ilə birlikdə məqsədyönlü işlər görülmüb.

Dövlət Dəniz Administrasiyası və «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən razılaşdırılmış tədbirlərin nəticəsində “Lənkəran”, “Samir Quliyev” və “Avior” gəmiləri, eləcə də texniki istismarı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində, idarə olunması isə Fövqəladə Hallar Nazirliyində olan “Vixr-5”, “Vixr-8” və “Vixr-9” gəmiləri “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülünün yerləşdiyi sahəyə mobilizasiya edilib.

Hadisə yerinə, həmçinin «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin digər şirkətlərlə alyansının istifadəsində olan “Topaz Dignity”, “Caspian Protektor”, “Bakı”, “Caspian Endevour” və “Müslüm Maqomayev” gəmisi də cəlb olunub.

Dövlət Dəniz Administrasiyasının tabeliyində 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən müasir radar və müşahidə, avtomatik identifikasiya sistemləri, uzaq məsafədən tanınma və izləmə avadanlıqları vasitəsilə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin gəmilərinin dəniz işlərinə cəlb olunması məqsədilə koordinasiyanın təşkili, suüstü müşahidələrin aparılması, hadisə baş verən əraziyə yaxın olan digər gəmilərin işlərə cəlb olunması üçün gəmi kapitanlarına icrası məcbur olan göstərişlərin verilməsi təmin edilməkdədir.

Həmçinin Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən Xəzəryanı dövlətlərin eyni adlı Mərkəzlərinə, eləcə də həmin dövlətlərin bayraqları altında üzən gəmilərə naviqasiya xəbərdarlıqları göndərilmiş və qarşılıqlı əməkdaşlıq nəticəsində fasiləsiz olaraq əldə edilən məlumatların analiz olunaraq aidiyyəti üzrə ötürülməsi təmin edilməkdədir.

Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən digər dövlət orqanları və qurumları ilə razılaşdırılmış şəkildə, qarşılıqlı məlumat mübadiləsi əsasında Cəmiyyətə məxsus “İrgiz”, “Nefteqaz-62”, “Şirvan”, “Ehram Xalıqov”, “Om”, “Samir Quliyev”, “Avior”, “Lyutoqa”, “General Əliağa Şıxlinski” və sair gəmiləri cəlb etməklə itkin düşənlərin axtarışı və xilasetmə işlərinin aparılması, eləcə də hadisənin başvermə səbəblərinin və şəraitinin araşdırılaraq nəticələrinin aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə birlikdə məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR